SON XƏBƏR

Sürüşməsi müvəqqəti dayanan avtovağzalımız

Oktyabr 25
12:19 2015
Ərazidə FHN və ETSN əməkdaşları müvəqqəti işlər aparır. "Dünən Föqəladə Hallar (FHN)ÿvəÿEkologiya və Təbii Sərvətlər Nazirliklərinin (ETSN)əməkdaşlarının Bakı Beynəlxalq Avtovağzalı ərazisində apardığı monitorinqin nəticəsində ərazidə sürüşmə müşahidə edilməyib”.
 
Qlobalinfo.az xəbər verir ki, bunu ANS PRESS-ə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin geoloci kəşfiyyat xidmətinin rəisi Ələmdar Piriyev deyib. Onun sözlərinə görə, dünən çatların genişlənməməsinə səbəb isə havaların yağmursuz keçməsidir: "Lakin istisna deyil ki, yağmurlu hava davam etdiyi təqdirdə çatlar genişlənəcək və sürüşmə zonası daha da aktivləşək. Bütün bunların qarşısını almaq üçün ərazidə bərkitmə işləri aparılır. Belə ki, istinad divarlarına dəmir konstruktorlar vasitəsi ilə dayaq qoyulur. Ancaq bunu da unutmaq lazım deyil ki, bütün bunlar müvəqqəti xarakter daşıyır. Fövqəladə Hallar Nazirliyindən mənə bildirdilər ki, həmin istinad divarlarının üzərinə suvaq çəkiləcək. Bütün bunlar Bakı-Sumqayıt yolunun avtovağzal hissəsində yaranan çatların da müvəqqəti olaraq aktivləşməsinin qarşısını alacaq. Ancaq yenə deyirəm, bütün bunlar müvəqqətidir. Bir müddət sonra Bakı-Sumqayıt yolunun avtovağzal hissəsi yenidən əsaslı təmir ediləcək”.
 
Bakı Beynəlxalq Avtovağzal Kompleksininÿ ərazisindəki çatlarÿ oktyabr ayının əvvəllərində yaranmağa başlayıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook