SON XƏBƏR

Suriyada 8 azərbaycanlı İŞİD-çinin öldürüldüyü barədə məlumat yayılıb

Oktyabr 16
18:22 2015
Suriyanın Deir Ezzor vilayətində İŞİD-in nəzarətində olan al-Mayadin şəhərinə edilən hücum zamanı 2 azərbaycanlı ailənin üzvləri öldürülüb.
 
APA-nın Suriya İnsan Haqları üzrə Müşahidə Qrupunun (Syrian Observatory for Human Rights) saytına istinadən verdiyi məlumata görə, döyüş təyyarələri tərəfindən edilən hava hücumu zamanı milliyətcə azərbaycanlı olan 2 qadın və 6 uşaq ölüb.
 
Onların İŞİD sıralarında döyüşən şəxslərin ailə üzvləri olduğu bildirilir. Lakin döyüş təyyarəsinin beynəlxalq koalisiyaya, yoxsa Rusiyaya məxsus olduğu aydınlaşmayıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook