Sürət qatarları Metropolitenə verilir - İki qurum isə nazirliyə birləşdirilir
Yanvar 17
17:58
2024
Sürət qatarları "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) balansına veriləcək.
Qaynarinfo-ya daxil olan məlumatda qeyd olunur ki, bir müddətdir bununla bağlı hazırlıqlar gedir.
Hələ bir müddət öncə Bakıdan Sumqayıta yerüstü metro xəttinin çəkiləcəyi ilə bağlı məlumatlar yayılmışdı. Lakin sonradan bu istiqamətdə sürət qatarının istifadəyə verilməsi metro xəttinin çəkilməsini təxirə saldı.
Zaman-zaman məsələ gündəmə gəlsə, bu barədə rəsmi və qeyri-rəsmi açıqlamalar verilsə də, bu layihə gerçəkləşmədi.
Bakıya ən yaxın şəhər olan Xırdalana metro xəttinin çəkilməyəcəyi ilə bağlı dünən yayılan rəsmi məlumat bu məsələni yenidən gündəmə gətirib. Bununla bağlı yenidən informasiyalar yayılmağa başlayıb.
Həmin məlumatlarda qeyd olunur ki, sürət qatarı xətləri Xırdalanın mərkəzinə doğru artırılaraq, yerüstü metro xətti kimi fəaliyyət göstərəcək. Bununla da həmin xətlər Bakı Metropoliteninin balansına veriləcək.
Əldə etdiyimiz daha bir məlumata görə isə "Bakı Metropoliteni" QSC və "Azərbaycan Dəmir Yolları" QSC Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tərkibində fəaliyyət göstərəcək. Prosesə prezident seçkilərindən sonra start veriləcəyi iddia olunur.

Hazırda sürət qatarları "Azərbaycan Dəmir Yolları" QSC-nin balansındadır. Bu qatarlar Bakı-Pirşağı-Sumqayıt-Bakı, Bakı-Xırdalan-Sumqayıt-Bakı, Bakı-Ağstafa-Bakı, Bakı-Qəbələ-Bakı istiqamətində hərəkət edir.
Qlobal.az