Suraxanı sakinləri RİH-dən narazıdır: 3 il əvvəl "təmir olunan" yol bu vəziyyətə necə düşüb? (FOTO)
Yanvar 17
16:10
2024
Suraxanı rayonunda Südçülük sovxozu adlandırılan ərazidə Fəxrabad küçəsinin sakinlərinin yolların bərbad olmasından şikayətçidir.
"Dəfələrlər müvafiq qurumlara müraciət etmişik. Lakin nəticəsi olmayıb. Uşaqlar məkbətə, biz isə işə gedib gələ bilmirik. Yolun girinşində Vətən müharibəsi şəhidi Mirsəfa Mirəşrəfbəylinin posteri var. Heç olmasa o, şəhidin ruhuna hörmət əlaməti olaraq yolları düzəltsinlər", deyə sakinlər bildirib.
Üç il əvvəl Suraxanı Rayon İcra Hakimiyyəti Südçülük sovxozu ərazisində yolların təmir olunması barədə məlumat yayıb. Həmin məlumat indinin özündə də icra hakimiyyətinin saytındadır. Belə aydın olur ki, ya təmir işləri keyfiyyətli görülməyib, ya da bu məlumat sadəcə "piar” xarakterli olub.
Fəxrabad küçəsinin sakinləri redaksiyamıza yolların bərbad olduğunu əks etdirən fotolar da göndəriblər. Həmin fotoları təqdim edirik.
Qeyd edək ki, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovdur. O, 2019-cu ildən bu rayona rəhbərlik edir.
Sakinlərin Qaynarinfo-ya bildirdiyinə görə, uzun illər təmir olunmayan yol elə vəziyyətə düşüb ki, yağış və qar yağanda orada hərəkət etmək mümkünsüz olur.

Qlobal.az