Suraxanı rayon İcra Hakimiyyətinin başçısına İTTİHAM: "Radikal müxalifəti maliyyələşdirir"
Mart 13
23:11
2018
Mart ayının 3-də Meydan tv-yə videomüsahibə verən Azərbaycan respublikasının prezidentliyinə namizəd, Müasir Musavat Partiyasının sədri Hafiz Hacıyev jurnalistin suallarını cavablandırarkən Suraxanı rayon İcra Hakimiyyətinin başçısını xaricdəki radikal müxalifət qüvvələrini maliyyələşdirməkdə ittiham edib.
Hafiz Hacıyevin səsləndirdiyi iddiaların nə dərəcədə doğru olub-olmadığını öyrənmək üçün Suraxanı rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Suraxanı rayon İcra Hakimiyyəti başçısının köməkçisi məsələyə münasibət bildirəcəklərini desə də, sonradan heç bir münasibət bildirmədilər.
Qeyd edək ki, Azərbaycanda 11 aprel tarixinə təyin olunan növbədənkənar prezident seçkiləri yaxınlaşdıqca ölkədə və xaricdə yaşayan radikal müxalifət fəallaşmaqdadır.
Qeyd: Videoya baxmaq üçün aşağıdakı linki tıklayın. Suraxanı rayon İcra Hakimiyyətinin başçısı ilə bağlı səslənən fikirlər 14:50-ci dəqiqədən başlayır.

Azərbaycan dövlətinə düşmən kəsilən xarici dairələr tərəfindən maliyyələşən radikal müxalifətin mübarizə üsulu xalqımızın milli-mənəvi dəyərlərinə, hüquq prinsiplərinə zidd olaraq aparılır. Belə ki, son zamanlar Avropada yaşayan radikal müxalifətin nümayəndələri dövlət başçısına, ölkənin yüksək vəzifəli şəxslərinin ünvanına təhqiramiz ifadələr işlətməkdədirlər.
Qeyd: Videoya baxmaq üçün aşağıdakı linki tıklayın. Suraxanı rayon İcra Hakimiyyətinin başçısı ilə bağlı səslənən fikirlər 14:50-ci dəqiqədən başlayır.
Qlobal.Az