Sumqayıtda başçısının 1-ci müavini bağça müdirinin evini banka girov qoydurub? - Şikayət, Video
Fevral 20
02:12
2019
Tünzalə Nəsibova: "Sumqayıtın icra başçısının 1-ci müavini Teymur Səmədovun İcra Hakimiyyətinə işə götürdüyü Günel xanım ilyarım müddətində Sumqayıtda üç, Türkiyənin İstanbul şəhərində bir ev alıb... Aynur xanım isə bir aydır işə çıxıb, artıq Sumqayıtda bir ev alıb, mənə isə..."
Son dövrlər ölkədə fəaliyyət göstərən idarə və müəssisələrdən işçilərin ixtisarı, işdən çıxarılmalar geniş yayılıb. Təbii ki, işçini ixtisara salmaq və ya kənarlaşdırmaq hər bir müəssisə və qurumun haqqıdır, lakin işçinin haqqını tapdalamaq hesabına bu, yolverilməzdir. İllah da ki, işəgötürən tərəfindən qərəzli şəkildə əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə ləğv edilə.
Qeyd edək ki, 70-ci maddənin "ç" bəndi işçi özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi və ya əmək funksiyalarının kobud pozulması əsası ilə əmək müqaviləsinə xitam verilməsini ehtiva edir. Belə olan halda da, bəzi işəgötürənlər əsasən bu əsasla əvvəllər əmək müqaviləsinə xitam verilmiş şəxslərlə əmək münasibətləri bağlamaqdan çəkinirlər.
"Təzadlar" qəzetinə müraciət edən Sumqayıt şəhərindəki 18 saylı uşaq bağçasının müdiri Tünzalə Nəsibova da məhz belə bir xoşagəlməz halla qarşılaşa biləcəyinin narahatlığını yaşayır.
T.Nəsibovanın bu barədə əməkdaşımıza verdiyi video-müsahibəsindən məlum olur ki, o, 2003-cü ildən Sumqayıt şəhərindəki 18 saylı uşaq bağçasında müdir vəzifəsində çalışır. Sovet dövründə, daha dəqiq desək, 1955-ci ildə tikilmiş ikimərtəbəli binada fəaliyyət göstərən uşaq bağçası büdcədən maliyyələşdirilsə də, burada istər dövlət, istərsə də hər hansı hüquqi şəxs tərəfindən təmir işi aparılmayıb. Ancaq bağça müdiri T.Nəsibova uşaqların rahatlığını nəzərə alaraq öz şəxsi vəsaiti hesabına elektrik, su və kanalizasiya xətlərini yeniləyib, binanın fasadında kosmetik təmir işləri gördürüb. Amma…
Bu təzyiqlərdən artıq stress vəziyyətinə salındığını deyən bağça müdiri bank ödənişlərinin 2021-ci ildə tamamlanacağını bildirib: "Əgər məni işdən çıxaracaqdılarsa, bu qədər xərci niyə mənə çəkdirirdilər? İşdən çıxarılsam, bu borcu necə ödəyəcəyəm? Buna nə ad vermək olar? Teymur müəllim deyir ki, sənin işin məni qane etmir. Niyə? Çünki istəyir ki, məni işdən çıxarıb, öz adamını yerimə təyin etsin".
Tünzalə Nəsibovanın iddiasına görə, Sumqayıt İH başçısının 1-ci müavini Teymur Səmədov bağçanın müdirlik vəzifəsini başqasına satıb. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovla görüşməyə imkan verilmədiyini vurğulayan T.Nəsibova icra başçısının 1-ci müavini Teymur Səmədovun qəbulunda olub, vəziyyəti danışıb. 1-ci müavindən müsbət cavab almayan bağça müdiri bu barədə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya şikayət edəcəyini bildirib. T.Səmədovun da cavabı bu olub ki, əgər o, öz ərizəsi ilə işdən çıxmasa və ya harasa şikayət etsə, onu elə bir maddə ilə (yəni, Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə – RED.) işdən kənarlaşdıracaq ki, başqa yerdə işə götürməsinlər.
"Sumqayıtın icra başçısının 1-ci müavini Teymur Səmədovun İcra Hakimiyyətinə işə götürdüyü gənc xanım Günel ilyarım müddətində Sumqayıtda 3, Türkiyənin İstanbul şəhərində 1 ev alıb, Aynur xanım isə bir aydır işə çıxıb, artıq Sumqayıtda bir ev alıb, mən isə atamın 2000-ci ildə adığı evdə yaşayıram. Bəs mən niyə ev ala bilmirəm? Əksinə, atamın aldığı evi banka ipotekaya qoyaraq pul götürüb bağça təmir etdirmişəm, ancaq indi imkan vermirlər ki, işləyim» - deyən T.Nəsibova üzləşdiyi vəziyyətlə bağlı qəzetimiz vasitəsi ilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət edərək, probleminin həll ediləcəyinə ümid etdiyini bildirib: "Bir ana, bir ailə başçısı kimi ona müraciət edirəm. Ümid edirəm ki, hörmətli Mehriban xanım düşdüyüm vəziyyətin ağırlığını nəzərə alaraq mənə yardımcı olacaq".
Əməkdaşımız məsələyə münasibət öyrənmək üçün Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 1-ci müavini Teymur Səmədovla əlaqə saxlayıb. T.Səmədov şikayətin əsassız, T.Nəsibovanın bağçadakı fəaliyyətinin isə yarıtmaz olduğunu bildirib. Buna baxmayaraq, T.Nəsibovanın fevralın 16-da icra başçısı Zakir Fərəcov tərəfindən qəbul olunaraq məsələyə aydınlıq gətiriləcəyinə əminliyini ifadə edən T.Səmədov sözügedən tarixdə iş gününün sonunda belə bir görüşün baş tutmayacağını bildirib.
Qeyd edək ki, "Təzadlar" qəzetinin növbəti sayında vətəndaş T.Nəsibovanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciətini dərc edəcəyik.
Son dövrlər ölkədə fəaliyyət göstərən idarə və müəssisələrdən işçilərin ixtisarı, işdən çıxarılmalar geniş yayılıb. Təbii ki, işçini ixtisara salmaq və ya kənarlaşdırmaq hər bir müəssisə və qurumun haqqıdır, lakin işçinin haqqını tapdalamaq hesabına bu, yolverilməzdir. İllah da ki, işəgötürən tərəfindən qərəzli şəkildə əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə ləğv edilə.
Qeyd edək ki, 70-ci maddənin "ç" bəndi işçi özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi və ya əmək funksiyalarının kobud pozulması əsası ilə əmək müqaviləsinə xitam verilməsini ehtiva edir. Belə olan halda da, bəzi işəgötürənlər əsasən bu əsasla əvvəllər əmək müqaviləsinə xitam verilmiş şəxslərlə əmək münasibətləri bağlamaqdan çəkinirlər.
"Təzadlar" qəzetinə müraciət edən Sumqayıt şəhərindəki 18 saylı uşaq bağçasının müdiri Tünzalə Nəsibova da məhz belə bir xoşagəlməz halla qarşılaşa biləcəyinin narahatlığını yaşayır.
T.Nəsibovanın bu barədə əməkdaşımıza verdiyi video-müsahibəsindən məlum olur ki, o, 2003-cü ildən Sumqayıt şəhərindəki 18 saylı uşaq bağçasında müdir vəzifəsində çalışır. Sovet dövründə, daha dəqiq desək, 1955-ci ildə tikilmiş ikimərtəbəli binada fəaliyyət göstərən uşaq bağçası büdcədən maliyyələşdirilsə də, burada istər dövlət, istərsə də hər hansı hüquqi şəxs tərəfindən təmir işi aparılmayıb. Ancaq bağça müdiri T.Nəsibova uşaqların rahatlığını nəzərə alaraq öz şəxsi vəsaiti hesabına elektrik, su və kanalizasiya xətlərini yeniləyib, binanın fasadında kosmetik təmir işləri gördürüb. Amma…
Son vaxtlar Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 1-ci müavini Teymur Səmədov tərəfindən təzyiqlərə məruz qaldığını deyən bağça müdiri ona işdən çıxarılacağı xəbərdarlığı edildiyini bildirib.
T.Nəsibovanın sözlərinə görə, başçının 1-ci müavini T.Səmədov ona bir neçə il öncə xəbərdarlıq edib ki, əgər öz vəzifəsində qalıb işləmək istəyirsə, bağçanı təmir etdirməlidir. O da məcbur olub 2017-ci il aprel ayının 27-də Sumqayıt şəhəri, 13-cü mikrorayonda istifadəsində olan 0,1 ha torpaq sahəsində yerləşən 1 nömrəli, 5 mərtəbəli binanın 5-ci girişində, 5-ci mərtəbəsində 68,34 kv.m ümumi, 47,31 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 48 nömrəli mənzilini görov qoyaraq "FİNOKO" Bank Olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyətindən ipoteka müqaviləsi ilə 10 min dollar kredit götürərək bağçanı əsaslı şəkildə təmir etdirib. Təmir işləri bitər-bitməz Teymur Səmədovun tapşırığı ilə İH-nin əməkdaşları Aynur xanım və Rövşən müəllim, demək olar ki, hər gün bağçaya gələrək, nəsə bir çatışmazlıq, nöqsan tapıb bu bəhanə ilə də iki diplomulu, ali təhsilli mütəxəssisi işdən çıxartmaq istəyirlər. T.Nəsibova bildirib ki, Aynur xanımla Rövşən müəllim hətta bağçanın işçilərinə müxtəlif vədlər verərək onun əleyhinə izahatlar yazdırırlar.
Tünzalə Nəsibovanın iddiasına görə, Sumqayıt İH başçısının 1-ci müavini Teymur Səmədov bağçanın müdirlik vəzifəsini başqasına satıb. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovla görüşməyə imkan verilmədiyini vurğulayan T.Nəsibova icra başçısının 1-ci müavini Teymur Səmədovun qəbulunda olub, vəziyyəti danışıb. 1-ci müavindən müsbət cavab almayan bağça müdiri bu barədə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya şikayət edəcəyini bildirib. T.Səmədovun da cavabı bu olub ki, əgər o, öz ərizəsi ilə işdən çıxmasa və ya harasa şikayət etsə, onu elə bir maddə ilə (yəni, Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə – RED.) işdən kənarlaşdıracaq ki, başqa yerdə işə götürməsinlər.
"Sumqayıtın icra başçısının 1-ci müavini Teymur Səmədovun İcra Hakimiyyətinə işə götürdüyü gənc xanım Günel ilyarım müddətində Sumqayıtda 3, Türkiyənin İstanbul şəhərində 1 ev alıb, Aynur xanım isə bir aydır işə çıxıb, artıq Sumqayıtda bir ev alıb, mən isə atamın 2000-ci ildə adığı evdə yaşayıram. Bəs mən niyə ev ala bilmirəm? Əksinə, atamın aldığı evi banka ipotekaya qoyaraq pul götürüb bağça təmir etdirmişəm, ancaq indi imkan vermirlər ki, işləyim» - deyən T.Nəsibova üzləşdiyi vəziyyətlə bağlı qəzetimiz vasitəsi ilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət edərək, probleminin həll ediləcəyinə ümid etdiyini bildirib: "Bir ana, bir ailə başçısı kimi ona müraciət edirəm. Ümid edirəm ki, hörmətli Mehriban xanım düşdüyüm vəziyyətin ağırlığını nəzərə alaraq mənə yardımcı olacaq".
Əməkdaşımız məsələyə münasibət öyrənmək üçün Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 1-ci müavini Teymur Səmədovla əlaqə saxlayıb. T.Səmədov şikayətin əsassız, T.Nəsibovanın bağçadakı fəaliyyətinin isə yarıtmaz olduğunu bildirib. Buna baxmayaraq, T.Nəsibovanın fevralın 16-da icra başçısı Zakir Fərəcov tərəfindən qəbul olunaraq məsələyə aydınlıq gətiriləcəyinə əminliyini ifadə edən T.Səmədov sözügedən tarixdə iş gününün sonunda belə bir görüşün baş tutmayacağını bildirib.
Qeyd edək ki, "Təzadlar" qəzetinin növbəti sayında vətəndaş T.Nəsibovanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciətini dərc edəcəyik.
Sumqayıt şəhərindəki 18 saylı uşaq bağçasının müdiri Tünzalə Nəsibovanın "Təzadlar" qəzetinə verdiyi video-müsahibəni oxuculara təqdim edirik:
Qlobal.Az