SON XƏBƏR

“Stratfor” gələn üçün siyasi proqnozlarını açıqladı:Geosiyasi mühitin kəskinləşməsi Türkiyəyə başağrısı yaradacaq

Dekabr 04
10:53 2018
"2019-cu ildə Böyük Dövlət yarışması daha da qızışacaq. Birləşmiş Ştatlar Çinə qarşı strateji hücumunu gücləndirəcək, bunu tariflər, sanksiyalar, yeni yaranan texnologiyalar üzərində nizamlayıcı buferlər, Tayvana dəstəyin artırılması, Cənubi Çin Dənizində özünü daha çox göstərmək yoluyla edəcək.
 
Geosiyasi mühitinin kəskinləşməsi Polşa və Tayvan kimi nisbətən zəif sərhəd ölkələrə strateji imkanlar açacaq. Di gəl, neytral ortama can atan Türkiyə, Hindistan və Vyetnam kimi orta ölkələrə nəhəng başağrıları yaradacaq.
 
Bunları "Stratfor” təhlil mərkəzi gələn il üçün proqnozlarında qeyd edir.
 
Mərkəz bildirir ki, milli təhlükəsizliyə hədələri əsas gətirən Birləşmiş Ştatlar Avropaya, Yaponiyaya, Avstraliyaya, Kanadaya, Cənubi Koreya və Tayvana Çinin sərmayələrinə sədlər qurmaları üçün daha çox təzyiq göstərəcək. Bu isə süni zəkadan tutmuş 5G şəbəkəsinin buraxılmasına qədər strateji sahələrdə tədqiqat və ticarətə təsirini göstərəcək. Çinin aerokosmik və digər vacib sahələrdə geridə qalmamağa çalışması isə yalnız və yalnız korporasiyalarə kibertəhdidləri artıracaq və Birləşmiş Ştatların internet məkanındakı siyasətini aqressivləşdirməyə sövq edəcək.
 
"Stratfor” populist İtaliya hökumətinin gələn il avrozona üçün ən böyük təhdidi sərgiləyəcəyini qeyd edir. Brüssel Britaniyanın AB-dən sazişsiz çıxması ssenarisini əngəlləməyə çalışsa da, Britaniya parlamentindəki səsvermə nizamlı "Brexit”ə ən böyük maneə sayılır.
 
Birləşmiş Ştatlar İranı regionda təcrid etmək, onu içəridən zəiflətmək siyasətini davam etdirəcək. Bu, Vaşinqtonla Tehran arasındakı uçurumu daha da dərinləşdirəcək. İrana qarşı birgə gündəm isə Birləşmiş Ştatlarla Səudiyyə Ərəbistanının yüksək səviyyəli strateji münasibətlərini isidəcək, bu, xarici hökumətlərin vəliəhd şahzadə Mohammed bin Salman-ın liderliyindən narazılığına baxmayaraq baş verəcək.
 
(Azadlıq radiosu)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook