SON XƏBƏR

SOMDA-nın regional idarələrinin hərbi qulluqçuları qan vermə aksiyasında iştirak edib

Fevral 23
18:30 2024
Azərbaycan Talassemiya Federasiyasının təşkilatçılığı ilə talassemiya xəstələrinə yardım məqsədilə keçirilən könüllü qanvermə aksiyasında Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Siyəzən regional idarəsinin hərbi qulluqçuları iştirak ediblər.

Keçirilən aksiya çərçivəsində donorlar əvvəlcə xüsusi tibb briqadasına daxil olan həkim-hemotoloqların nəzarətindən keçirilib, onların sağlamlıq durumu müəyyənləşdikdən sonra aksiyada iştirakı təmin olunmuşdur.

Götürülən qan nümunələri laboratoriyada müayinə edildikdən sonra talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən vətəndaşlarımıza yardım etmək məqsədilə istifadə olunacaq.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook