ŞOK: Qarabağ döyüşçüsü 4-cü gün kameralar qarşısında intihar edəcək - Video
Yanvar 13
00:18
2016
Şahin Bayramov: "Əgər üzərimə atılan böhtan və şər aradan götürülməsə, məhkəmədən bir gün öncə, 4-cü gün kameralar qarşısında intihar edəcəm"
Polis işçiləri tərəfindən şərləndiyini bildirən Qarabağ döyüşçüsü Şahin Bayramovun, artıq bir neçə məhkəmə prosesi keçirilib və sonuncu məhkəmə bu həftənin cümə gününə təyin edilib. Həftənin birinci günü keçirilən məhkəmə prosesində dövlət ittihamçısı Qarabağ döyüşçüsü Şahin Bayramov barəsində 3 il müddətinə azadlıqdan məhrumetmə cəza istəyib.
Şahin Bayramov baş verənləri özünə qarşı şər və qanunsuz hesab edərək bununla bağlı Prezident İlham Əliyev, baş prokuror Zakir Qaralov, DİN rəhbəri Ramil Usubova, ədliyyə naziri Fikrət Məmmədovdan ona yardım etmələrini istəyib.
Şahin Bayramov eyni halda onun şərlənməsində iştirak edən hal şahidinin səs yazısını da təqdim edib. Səs yazısından da açıq açkar görünür ki, polis bölməsində və məhkəmədə onun üzünə duran hal şahidi yalandan şahidlik etdiyi və polislər tərəfindən aldadıldığını bildirir.
Eyni halda Qarabağ döyüşçüsü onu da bildirib ki, əgər onun üzərinə atılan böhtan və şər aradan götürülməsə, məhkəmədən bir gün öncə, yəni 4-cü gün kameralar qarşısında intihar edəcək:
"Artıq əlimdən heç nə gəlmir. Göz-görə haqsız yerə şərlənirəm. Bütün dəlil və sübutların hamısı mənim xeyrimədir. Nəyə görə, heç nədən və hansısa polis işçisinin şərinə görə 41 yaşımda 3 il müddətinə həbs həyatı yaşamalıyam. 71 yaşlı anamın məndən başqa heç kəsi yoxdur. Bəs ona kim baxacaq? Bu qədər haqsızlığı məgər Allah götürər? Biz vətən və Qarabağ uğrunda can qoymuşuq ki, gərək hansısa polis işçisinin şərləməsinə görə həbs həyatına məhkum edilək. Artıq mənim əlacım qalmayıb. Əgər barəmdə açılan şər və qondarma cinayət işi aradan götürülməsə 4-cü gün kameralar qarşısında intihar edəcəm.”
Qarabağ döyüşçüsü bildirir ki, onu narkotiklə şərlənməsinin başlıca səbəbi keçmiş məhkumluğudur. Halbuki o ilkin məhbusluq həyatı dövründə vaxtında əvvəl islah olunduğu üçün məhkəmə qərarı ilə azadlığa buraxılıb və hazırda himayəsində olan 73 yaşlı anasına baxır.