SON XƏBƏR

Şok iddia: Deputatlığa namizəd girov saxlanılır (VİDEO)

Yanvar 24
22:06 2020
Yanvar ayının 17-dən ölkədə keçiriləcək növbədənkənar parlament seçkisinin təşviqat kampaniyasına start verilsə də, 35 saylı Xətai 3-cü Seçki Dairəsindən deputatlığa namizəd Rauf Çərkəz oğlu Abbasov seçiciləri ilə ünsiyyət qurmağa tələsmir. Deputatlığa namizədin dairədə görünməməsi isə bir sıra iddialara yol açıb. Deputatlığa namizəd barəsində ən çox səslənən iddialardan biri onun xaricə istirahətə göndərilməsidir. Bu gün  Rauf Çərkəz oğlu Abbasov haqqında səslənən iddia isə daha şokedicidir. Belə ki, onun girov saxlanıldığı deyilir.

Qlobal.az xəbər verir ki, bu iddianı 35 saylı Xətai 3-cü Seçki Dairəsindən deputatlığa namizəd Rauf Arifoğlu (Abbasov) feysbuk səhifəsində yazıb: "Rauf Abbasovu tapın. Bəzi iddialara görə bu adam girovluqdadı! Hüquq mühafizə orqanlarına düşür - deputatlığa namizədi tapıb, üzə çıxartsınlar!".
 
Qeyd edək ki, Rauf Arifoğlunun nəzərdə tutduğu Rauf Çərkəz oğlu Abbasov da 35 saylı Xətai 3-cü Seçki Dairəsindən deputatlığa namizəddir. Əslən Qusar rayonundan olan Rauf Çərkəz oğlu Abbasov rəsmi sənədlərdə öz təşəbbüsü ilə seçkilərə qatılıb. 
 
Ancaq sosial şəbəkələrdə və dairədə gedən proseslər onu göstərir ki, Qusar rayon sakini, maddi imkanları çox zəif olduğu bildirilən Rauf Çərkəz oğlu Abbasovun 35 saylı Xətai 3-cü Seçki Dairəsindən deputatlığa namizəd olması hansısa məkrli qüvvələrin işidir. 
 
"Yeni Müsavat” Media Qrupunun araşdırması zamanı məlum olub ki, Rauf Çərkəz oğlu Abbasovun 35 saylı Xətai 3-cü Seçki Dairəsindən deputatlığa namizəd olması təşəbbüsünün arxasında həmin dairədən deputatlığa namizəd, Ümid partiyasının sədri İqbal Ağazadə dayanır. 
 
Rauf Arifoğlu məsələ ilə bağlı bir müddət öncə mediaya verdiyi açıqlamada ona qarşı aparılan bu kampaniyanı çirkin texnologiya adlandırmışdı. 
 
Qlobal.az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook