SOCAR Sumqayıtdakı aztəminatlı ailələrə və ahıl vətəndaşlara ərzaq yardımı edir (VİDEO)
Aprel 25
19:52
2020
Bu gün Sumqayıt şəhər İcra Hakimiyyətinin təşəbbüsü, SOCAR-ın dəstəyi ilə "Azərikimya” İstehsalat Birliyinin kimyaçıları Sumqayıtda geniş yardım kampaniyasına qoşulub.
"Report” xəbər verir ki, "Azərikimya” Sumqayıt İcra Hakimiyyəti tərəfindən təqdim olunan maddi köməyə ehtiyacı olan ailələrin siyahısı üzrə ərzaq paketlərini ünvanlara birbaşa çatdırır.
Kampaniyada kimyaçılar şəhərinin veteran kimyaçılarına, 65 yaşdan yuxarı tənha və kimsəsiz insanlara, aztəminatlı ailələrə ərzaq və gündəlik tələbat mallarından ibarət yardım qutuları təqdim olunur.
Yardım göstərilən ailələr göstərilən diqqət və qayğıya görə dövlət başçısı İlham Əliyevə və Birinci-vitse prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirib.
"Azərikimya” tərəfindən Sumqayıt şəhəri və ətrafında yaşayan ahıl və aztəminatlı ailəyə ərzaq yardımı bir neçə gün davam edəcək və minlərlə ailəyə yardım edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərərgah tərəfindən qəbul edilmiş xüsusi karantin rejimi qaydalarına və eyni zamanda "evdə qal” çağırışının təmin olunması məqsədi ilə aztəminatlı ailələrə yardım aksiyası keçirilir. "Biz birlikdə güclüyük” şüarı ilə həyata keçirilən və vətəndaş həmrəyliyini genişləndirmək məqsədi daşıyan bu kampaniyada SOCAR-ın bütün idarə və müəssisələri yaxından iştirak edir.
Qlobal.az