Şirvanın axundu rayonu qarışdırdı
Oktyabr 26
12:36
2015
Əhali axudu məscidə buraxmır və axundluqdan qovulmasını tələb edir
Şirvan şəhərinin axundu Hacı Əvəz dünən günorta namazından sonra İmam Hüseyn (ə) bayraqlarını qayçı ilə kəsıb doğrayıb.
Bütün şəhər ilahiyyatçıları ayağa qalxıblar və Hacı Əvəzin axundluqdan çıxmasını tələb ediblər.
Bu barədə Şirvandan "Xeber.İNfo"a məlumat veriblər. Mənbə bildirir ki, dünən keçirilən Aşura günü ilə bağlı mərasimə Hacı Əvəz maneə olaraq, səs gücləndiricilərin səslərini azaldıb. Bayraqları mərasimə gətirilməsinə icazə verməyib və süar səsləndirilməsini qadağan edib.
Mənbənin iddiasına görə son günlər Mərkəzi Aran bölgəsindən olan hacıların mətbuatda vurulmasını məhz Hacı Əvəz təşkil edirmiş.



