Şirniyyat qutularının içərisində gizlədilən dərman preparatları aşkar edilib
Noyabr 11
14:24
2025
Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində dərman preparatlarının qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.
Yoxlama zamanı vətəndaşa məxsus çantanın içərisində əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, eləcə də şifahi, elektron və ya yazılı formada bəyan olunmayan, üstü şirniyyat ilə örtülmüş qutularda xüsusi üsulla gizlədilən, hər biri 10 həb olmaqla, ümumilikdə 645 konvolyut "Lioresal" markalı dərman preparatı aşkar edilib.



