Şeyx 2 ton narkotiklə tutuldu
Oktyabr 27
13:46
2015
Səudiyyə Ərəbistanının şahzadəsi Əbdül Muhsin Vəlid bin Əbdüləziz Liviyanın paytaxtı Beyrutda saxlanılıb.
Livan polisi Beyrut aeroportunda şahzadənin şəxsi təyyarəsindən 2 ton narkotik maddə tapıb. Buna görə də onu göz altına alıb.
Livanın milli xəbər agentliyi NNA təhlükəsizlik qüvələrindəki mənbələrə istinadla bildiri ki, əməliyyat zamanı təyyarədən 40 bağlamaya yığılmış 2 ton sintetik uyuşdurucu maddə olan "amfetamin” tapılıb. Təyyarə Səudiyyə Ərəbistanına uçmağa hazırlaşırmış.



