SON XƏBƏR

Sərkisyan öz partiyadaşlarını satdı – Video

Sentyabr 05
14:03 2016
Son günlər Ermənistan KİV və sosial şəbəkələrində Ermənistan hakimiyyətinə qarşı müxalif mövqedə olan partiya rəhbərləri, deputat və QHT nümayəndələri haqqında ilginc məlumatlar dərc olunur.
 
Axar.az Regional Sabitlik və Təhlükəsizlik Mərkəzinə istinadən xəbər verir ki, Yutubun "Video poez” bölməsində yayımlanan, Ermənistan müxalifətini ləkələmək üçün hazırlanan materialın Ermənistanın xüsusi xidmət orqanının polkovniki Hovhanes Hamayak Karumyanın tapşırığı ilə hazırlandığı məlum olub.
 
Materialda Ermənistan rəhbərliyinin tapşırığı ilə, aralarında Respublikaçılar partiyasından olan depulatlar olmaqla yanaşı, Tevan Poqosyan, Xaçatur Pokobelyan, Zauri Postancyan, Aleksandr Arzumanyan, Nikola Paşinyan, Qrant Baqratyan, Edmont Marukyan, Artur Sakunc, Avetik İşxanyan, David Sanasaryan, Daniel İoanisyan, Zarui Postancyan və s. müxalif ictimai siyasi şəxslərin xarici xüsusi xidmət orqanlarının təsirində olduqları iddia edilir.
 
Bildirilir ki, Ermənistan hakimiyyəti müxalifət nümayəndələrini ləkələyərək xalqın gözündən salarkən bu işə öz partiyasından olan narazı deputatları da qatmaqla bütün müxalifəti hədəf alıb.
 
Videonu təqdim edirik:
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook