SON XƏBƏR

Serj Sarkisyan Berlində etirazla qarşılandı - VİDEO

Aprel 06
15:04 2016
Berlində yaşayan azərbaycanlılar Almaniyaya səfər edən Ermənistan prezidenti Serj Sarkisyana qarşı etiraz aksiyası keçiriblər.

Məlumata görə, iki günlük səfəri çərçivəsində S.Sarkisyan Almaniya kansleri Angela Merkel, prezident Yoahim Qauk, Bundestaqın rəhbəri Norbert Lammert, həmçinin xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Frank-Valter Ştaynmayer ilə görüş keçirəcək.

Musavat.com xəbər verir ki, Berlində yaşayan azərbaycanlılar bu gün görüşün keçiriləcəyi Federal Kansler binasının qarşısında S.Sarkisyana etiraz etmək üçün icazə alıblar.

Mitinqə toplaşan azərbaycanlılar Ermənistan prezidentinin görüşə gəldiyi anlarda "Qarabağ bizimdir, bizim olacaq” şüarlarını səsləndiriblər.

Son günlərdə cəbhə xəttində yaşanan gərginliyə və Ermənistan tərəfinin təxribatlarına etiraz edən azərbaycanlılar əllərində tutduqları plakatlarda "Biz sadəcə, Qarabağımızı geri istəyirik” şüarını yazıblar.
 
Qlobal.az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook