Sergey Lavrov: "Rusiya Azərbaycanla strateji tərəfdaşlıqdan razıdır"
Yanvar 15
13:41
2018
"Rusiya Azərbaycan ilə ikitərəfli münasibətlərin səviyyəsindən razıdır".
"Report" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında deyib.
"Azərbaycan ilə strateji tərəfdaşlığımızdan çox razıyıq", - diplomat bildirib.
Onun sözlərinə görə, iki ölkə arasındakı əlaqələr prezidentlər və nazirlər arasında olan sıx dialoqa əsaslanır.
Rusiya XİN başçısı həmçinin qeyd edib ki, tərəflər müntəzəm tədbirlər, o cümlədən humanitar xarakterli tədbirlər keçirir, qarşılıqlı ticarət dövriyyəsi artır, iqtisadi əməkdaşlıq planını müəyyənləşdirən hökumətlərarası komissiya fəaliyyət göstərir.