"Beşiktaş" futbol klubunun baş məşqçisi Şenol Güneş istefa verib.
Demokrat.az NTV-yə istinadən xəbər verir ki, o, artıq ərizəsini rəhbərliyə təqdim edib.
Qeyd edək ki, İstanbul təmsilçisi ötən gün öz meydanında Konfrans Liqası çərçivəsində "Luqano"ya (İsveçrə) 2:3 hesabı ilə məğlub olub.