SON XƏBƏR

Avropada parlayan ukraynalı ulduzlar “fərarilər” sırasında – Siyahıda kimlər var?

Noyabr 16
13:15 2023
Ukraynanın Gənclər və İdman Nazirliyi xaricdən vaxtında qayıtmayan ukraynalı idmançıların siyahısını yeniləyib. Siyahıya 304 idmançı, o cümlədən futbol üzrə milli komandanın aparıcı oyunçuları daxil edilib.
 
Qaynarinfo xəbər verir ki, bu barədə RBC-Ukrayna nazirliyin rəsmi internet portalına istinadən məlumat yayıb. 

Yenilənmiş "qaçaqlar” siyahısına yeni adlar əlavə edilib. Bütün bu idmançılar nazirliyin xüsusi icazəsi ilə Ukraynanı tərk ediblər, lakin  müəyyən edilmiş müddətdən sonra geri qayıtmayıblar. Siyahıda ən çox diqqət çəkənlər  futbolçulardır. Burada Avropa çempionatlarında  parlayan ukraynalı legionerlər Mixail Mudrik ("Çelsi”), Anatoli Trubin ("Benfika”), İlya Zabarnı ("Bornmut”) və Artyom Dovbik ("Jirona”) var.  Futbol ulduzları və digər idmançılar xüsusi icazə üçün Ukraynanı tərk ediblər və hələ də geri qayıtmayıblar. Lakin ölkədən çıxış idman yarışları başa çatdıqdan sonra geri qayıtmağı  nəzərdə tuturdu. Nazirlər Kabineti ötən ilin mayında idmançıların xaricə getməsinə icazə  verib. Hərbi vəziyyətin tətbiqindən sonra 18  yaşdan yuxarı kişilərin xüsusi icazə olmadan Ukraynanı tərk etməsi mümkün deyil.  İdmançılara vətənə qayıtmaq şərti ilə 30 gün müddətinə başqa ölkələrdə keçirilən yarışlara getməyə icazə verilib. Bu tələblərin pozulması  nəzəri cəhətdən idmançıları qanun qarşısında ümumi əsaslarla cavab verməyə məcbur edir. 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook