SON XƏBƏR

Səmərqənd Dövlət Tibb Universitetinin rəhbərliyi Bakı Sağlamlıq Mərkəzində olub - Fotolar

May 24
13:56 2024
Səmərqənd Dövlət Tibb Universitetinin rektoru, tibb elmləri doktoru, professor Rizaev Jasur Alimdjanoviç və universitetin Elm və İnnovasiyalar üzrə prorektoru, tibb elmləri doktoru, professor Kubaev Aziz Saidalimoviç Bakı Sağlamlıq Mərkəzinin qonağı olub. 

Qonaqlara Mərkəzin fəaliyyəti, müxtəlif şöbələrin iş prinsipi, maddi texniki təminatı və tibbi turizm imkanları haqqında məlumat verildikdən sonra, İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Təlim və Simulyasiya Mərkəzində görülmüş işlər və universitetdə yaradılmış şəraitlə tanış edilmişdir. 

Görüşdə Bakı Sağlamlıq Mərkəzimizin İcraçı direktoru Dos. Dr. Asiman Həsənov qarşılıqlı əməkdaşlıq və fikir mübadiləsinin əhəmiyyətini vurğulayaraq gələcəkdə müxtəlif sahələrdə təcrübə mübadiləsinin mümkünlüyünü qeyd edib. 

Professor Rizaev Jasur Alimdjanoviç və professor Kubaev Aziz Saidalimoviç səmimi qarşılanmaya görə minnətdarlığını bildiriblər.
 
Bakı Sağlamlıq Mərkəzinin İcraçı direktoru Dos. Dr. Asiman Həsənov Azərbaycan ilə Özbəkistan arasında dostluq münasibətlərinin həm ikitərəfli, həm də çoxtərəfli formatda uğurla davam etdiyini vurğulayıb. Ölkələr arasında bütün sahələrdə olduğu kimi, səhiyyə sahəsində də əməkdaşlığın genişləndirilməsinin vacibliyi bildirib. 

Sonda qonaqlarla xatirə fotosu çəkilib.
 
Qlobal.az
 

 

 

 

 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook