Səlim Müslümovun sözçüsü "NAZ Lifan" məsələsinə aydınlıq gətirdi
Yanvar 29
19:54
2016
Elman Babayev: "Nazirlik tərəfindən digər məqsədlər üçün "Naz-LİFAN” markalı minik avtomobili alınmayıb"
"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Naxçıvan Avtomobil Zavodu tərəfindən istehsal olunan "Naz-LİFAN” markalı minik avtomobillərinin son 2 il ərzində kütləvi şəkildə istifadəyə yayılması sahəsində mühüm rol oynayan bir qurum olmuşdur və bu proses davam etdiriləcəkdir".
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib.
O bildirib: "Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, müharibə əlillərinin dövlət büdcəsi hesabına minik avtobilləri ilə təminatı üçün məhz Naxçıvan Avtomobil Zavodundan "Naz-LİFAN” markalı minik avtomobilləri alınmışdır.
Dövlət başçısının 23 dekabr 2013-cü il tarixli və 30 aprel 2014-cü il tarixli Sərəncamlarına əsasən, son iki il ərzində Naxçıvan Avtomobil Zavodundan 1933 ədəd "Naz-LİFAN” markalı minik avtomobili alınaraq növbədə dayanan müharibə əlillərinin istifadəsinə verilib. Amma Nazirlik tərəfindən başqa digər məqsədlər üçün "Naz-LİFAN” markalı minik avtomobili alınmayıb".



