SON XƏBƏR

Səlim Müslümovun kadrı 1-ci qrup əlildən 5 min manat istəyir - ŞİKAYƏT (VİDEO)

Avqust 02
01:19 2017
Qlobal.az-ın elektron poçtuna Zərdab rayonu Bıçaqçı kənd sakini Əbülhəsənli Zaur Ağahəsən oğlu tərəfindən şikayət məktubu daxil olub. 

Şikayət məktubunu olduğu kimi təqdim edirik:        

"Bu bəlkə də Azərbaycan Respublikasında misli görünməmiş biabırçılıqdır ki, Dövlət Sosial Müdafiə Fondunun Zərdab rayon şöbəsinin müdiri Canpolad Vəliyev edib.Belə ki, anadan gəlmə şikəst 1-ci qrup əlil və yataq xəstəsi olan qardaşım Əbülhəsənli Fərid Ağahəsən oğlunun təqaüdünün azaldırlmasəna etiraz olaraq yazdığım şikayət ərizələrinə görə Canpolad Vəliyev mənə qarşı məhkəmə iddiası qaldırıb.DSMF-nin Zərdab rayon şöbəsinin müdiri Canpolad Vəliyev məndən  5000 manat təzimat tələb edir.Guya mən Canpolad Vəliyevin qanunsuz əməlləri barədə mərkəzi orqanlara yazdığı şikayət ərizələrimdə onun şərəf və ləyaqətini alçaldıb işgüzar nüfuzuna xələl gətirmişəm.Qeyd edim ki, qardaşım 21 yaşlı Fərid anadangəlmə şikəst olmaqla 1-ci qrup əlilldir və yataq xəstəsidir.Yeriyə bilmir güclə danışır.Danışanda da nitqini başa düşmək olmur. Çox acənacaqlı yoxsulluq həddində yaşayırıq. Bizim yaşayışımızı görən hər bir vicdanlı şəxs dəhşətə gəlir ki, belə bir şəraitdə yaşayırıq. Atam 20 il əvvəl vəfat edib.Qoca anam, iki azyaşlı uşağım, həyat yoldaşım birdə əlil yataq xəstəsi olan əlil qardaşım bir yerdə uşuq sökük daxmada yaşayırıq.Ailəmizdə heç kəs işləmir.Mən mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevadn xahiş edirəm yataq xəstəsi 1-ci qrup əlilil pensiyasını kəsdiyi üçün yazdığım ərizəyə görə məni  məhkəməyə verib 5000 manat təzimat tələb edən DSMF-nin Zərdab rayon şöbəsinin müdiri Canpolad Vəlievin saxta qanunsuz fəaliyyətini ciddi araşdırıb onun cinayət məsuliyyətinə cəlb edilməsinə tapşırıq verəsiniz.Bunu bütün Zərdab rayon sakinləri gözləyir.Çünki Canpolad Vəliyevin qanunsuz fəaliyyətini korrupsiya əməllərini təsdiq edən konkret subutlar sənədlər var ki, dəfələrlə mətbuatda nümayiş edilib.Sizdən xahiş edirik bu harın məmurun barəsində ciddi tədbirlər görəsiniz.

Əlaqə telefonum; (051)  632-12-92"
 
Qlobal.az
 

 






Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook