Şəhidimizin dəfninə əcnəbi alimlər də qatıldı - VİDEO
Aprel 09
21:36
2016
Azərbaycan ordusunun şəhid olan əsgəri, 1997-ci il təvəllüdlü Zəkarayev Nazim Nadir oğlu aprelin 9-da doğulduğu Şamaxı şəhərində dəfn edilib. Şəhid Nazim Zəkarayevin nəşi Şamaxı şəhərindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb, şəhidin ruhuna dualar oxunub.
Dəfn mərasimində Şamaxıda keçirilən "Azərbaycan və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımları (1914-1920-ci illər)" adlı III Beynəlxalq elmi konfransın iştirakçısı olan Azərbaycan, Albaniya, Almaniya, Türkiyə, Rusiya, Özbəkistan, Gürcüstan və Polşadan olan tarixçi alimlər, eləcə də Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, Şamaxı Rayon İcra Hakimiyyətinin kollektivi, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri, minlərlə ağsulu iştirak edib. Dəfn mərasimində "Şəhidlər ölməz, Vətən bölünməz" şüarı səsləndirilib, şəhid əsgər yaylım atəşləri altında son mənzilə yola salınıb. Şəhidin tabutuna bükülmüş Azərbaycanın üçrəngli bayrağı atasına təqdim edilib.
Qeyd edək ki, şəhid Nazim Zəkarayev 2015-ci ilin oktyabrında Şamaxı rayonundan hərbi xidmətə yola salınıb. O, cəbhənin Tərtər-Ağdərə istiqamətində, Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində döyüş tapşırığını yerinə yetirən zaman düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olub.(Kanal S)

Qlobal.az