SON XƏBƏR

Şəhid plakatının arxasında tikilən obyekti restoran elədilər - Spirtli içki verilməyəcək

Mart 18
12:58 2024
Abşeron rayonu Xırdalan dairəsində qanunsuz inşa edilən obyektin yaxın günlərdə açılışı olacaq. 

AzFakt.com xəbər verir ki, obyekt restoran kimi fəaliyyət göstərəcək. 

Qeyd edək ki, obyekt Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Fərzəliyev Bəhruz İsfəndiyar oğlunun adına fərdi ev kimi qeydiyyata alınıb. 

Obyekt inşa edilən zaman aparılan tikintinin qanunsuz olması barədə çox yazılsa da Abşeron İcra Hakimiyyəti, Fövqaladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi susqunluq nümayiş etdirdilər.  

Xatırladaq ki, əraziyə bir neçə il əvvəl ağaclar əkilərək kiçik park salınmışdı. Bu barədə dövlət tv-lərində süjetlər də efirə verilib.

Vətən müharibəsindən sonra ərazinin girişinə şəhid Xəlilov Ruhin Müzəffər oğlunun plakatı vurulub. 

Restoranın tikintisi zamanı şəhidin plakatına toxunulmayıb. 

 

Onu da qeyd edək ki, sözügedən restoranın Allahverdiyev Elçin Mürvət oğluna aid olsa da, onun Abşeron RİH-də qeyri-rəsmi olaraq yüksək səlahiyyəti olan məmurla şərik olduğu vurğulanır.

Qlobal.az


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook