SON XƏBƏR

“Şəhərin adı Şuşi deyil, Şuşadır!” - AŞPA-da ermənilərə cavab (VİDEO)

Yanvar 28
11:26 2021
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü deputat Kamal Cəfərov Ermənistan nümayəndə heyətinin üzvü Vladimir Vardanyana dərs verib. 

Qlobal.az Qafqazinfo-ya istinadən xəbər verir ki, K. Cəfərov qeyd edib ki, Ermənistan nümayəndə heyəti AŞPA-nın plenar və komitə iclaslarında istənilən mövzuda "əsirlərlə” bağlı danışır və adekvat cavablarını alır: "Şuşa şəhərinin adıyla bağlı məsələdə bildirdim ki, şəhərin adı Şuşi deyil, Şuşadır! Erməni nümayəndə heyəti bu cür ritorika və davranışdan əl çəkməlidir. Əgər bir ölkənin seçilmiş nümayəndəsi bu cür davranırsa, regionda sadə vətəndaşdan necə sülh gözləmək olar?! Münaqişə bitib, irəli baxmaq lazımdır”.

Deputat həmçinin qeyd edib ki, hesabatda 8 ölkə ilə bağlı mənfi rəy qeyd edilib: "Lakin girişdə 3 ölkəyə (Azərbaycan, Türkiyə və Rusiya) xüsusi istinad edilir. Ya bütün ölkələrin adı yazılsın, ya da heç bir ölkənin adı yazılmasın.  Bundan əlavə, komitə iclaslarında layihələrə bəzən vacib və faydalı əlavələr təqdim edilir. Lakin həmin əlavəni təklif edən ölkənin bəzi ölkələrlə maraqlar toqquşması varsa, həmin ölkələr əlavənin faydalı olmasından asılı olmayaraq, həmin əlavənin əleyhinə səs verir. Bu cür davranış inkişafa dəstək olmur”.
 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook