SON XƏBƏR

Səfər Mehdiyev özünə şirkət qurdu

Mart 06
00:49 2024
Ötən ilin may ayında işdən çıxarılan Gömrük Komitəsinin Maliyyə və Təchizat İdarəsinin rəisi, gömrük polkovniki Fuad Əlizadə şirkət rəhbəri təyin edilib. 

"Qaynarinfo"nun əldə etdiyi məlumata görə, plkovnik işdən çıxdıqdan biray sonra "APF Group" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) qanuni təmsilçisi və direktoru olub.

Nizamnamə kapitalı 50 manat olan şirkətlər qrupunun fəaliyyəti sferası hazırda dörd əsas istiqaməti əhatə edir: inşaat, kənd təsərrüfatı , otelçilik və qida sektoru. 

Şirkətin baş ofisi isə Naxçıvan şəhərində yerləşir. 

Əldə etdiyimiz digər məlumata görə, "APF Group" MMC Dövlət Gömrük Komitəsinin sabiq sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyevindir.

Artıq şirkət bir sıra dövlət qurumları ilə əməkdaşlıq müqavilələri də bağlayıb. 

Fuad Əlizadə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi olub. 
 
Qlobal.az
 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook