Azərbaycan 2040-cı ilədək süni intellektdə 40 milyard dollarlıq əlavə dəyər yaradacaq
![](https://qlobal.az/photo/680x365/2024-12/1733488052_8e4fbcc7-091a-4e67-b5bd-1fb4c37fc7ce.jpg?1736749130)
Dekabr 06
16:27
2024
Azərbaycan süni intellektə sərmayə qoymağı strateji məqsəd kimi müəyyənləşdirib.
E. Əliyev qeyd edib ki, süni intellekt məhsuldarlığı artıracaq və işqüvvəsinin davamlılığını qoruyacaq: "Süni intellekt sahəsində əməkdaşlığımızı artırmalıyıq".
"Report” xarici mətbuata istinadən xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Elnur Əliyev VIII İstanbul İqtisadiyyat Zirvəsində deyib.
O bildirib ki, hazırda Azərbaycan süni intellekt sektorunda 600 şirkəti dəstəkləyir: "2040-cı ilə qədər süni intellekt sektorunda 40 milyard ABŞ dollarlıq əlavə dəyər yaratmağı hədəfləyirik. Bu da, illik 2,5 milyard ABŞ dolları deməkdir”.