Salatın Əsgərovanın şəhid olduğu yer - Laçın- Şuşa yolu - VİDEO
Fevral 17
22:37
2016
Azərbaycanın Milli Qəhrəmanı Salatın Əsgərova 1961-ci il dekabrın 16-da Bakıda ziyalı ailəsində anadan olmuşdur.
1979-cu ildə Bakı şəhəri Mikayıl Müşfiq adına 18 saylı orta məktəbi bitirmiş, elə həmin il Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuşdur. Sonralar jurnalist kimi fəaliyyət göstərmişdir.
1991-ci il yanvarın 9-u Laçından Şuşaya yollanarkən yolun 6-cı kilometrliyindəki Qaladərəsi kəndi yaxınlığında erməni silahlı qüvvələrinin mühasirəsinə düşmüş, olduğu maşın yaxın məsafədən şiddətli atəşə tutulmuşdur.
Nəticədə Salatın Əsgərova amansızcasına qətlə yetirilmişdir.
Ailəli idi, Ceyhun adında bir oğlu var.
Azərbaycan Respublikası prezidentinin 6 noyabr 1992-ci il tarixli 294 saylı fərmanı ilə Əsgərova Salatın Əziz qızına ölümündən sonra "Azərbaycan Milli Qəhrəmanı" adı verilmişdir.
Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir