SON XƏBƏR

Sakinlər deputatın şirkətini məhkəməyə verdi - “Kristal Abşeron”dan 16 gündə 8 şikayət

Yanvar 16
15:20 2024
"Kristal Abşeron” Mənzil Tikinti Kooperativi sakinlər tərəfindən məhkəməyə verilib.

Tribunainfo.az xəbər verir ki, bina sakinləri Hüseynova İradə Hüseyn qızı, Quliyev Şahmar İmamqulu oğlu məhkəmədə "Kristal Abşeron”la bağlı iddia qaldırıblar.

İşin mahiyyəti mülki hüquq pozuntularından əmələ gələn öhdəliklər üzrə mübahisələr – maddi və mənəvi ziyanın ödənilməsidir.

Hüseynova İradənin iddiasına Sumqayıt Apellyasiya Məhkəməsində 30 yanvar tarixində hakim Fuad Məmmədovun sədrliyi ilə, Quliyev Şahmarın iddiasına isə Yasamal Rayon Məhkəməsində 26 yanvar tarixində hakim Fariz Əlizadənin sədrliyi ilə baxılacaq.

Xatırladaq ki, "Kristal Abşeron” şirkəti ilə bağlı yanvar ayı ərzində məhkəmələrdə 8 iddia qaldırılıb.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook