Sabirabad müşavirəsində alqışlanan təklif: “Balaca Heydəri prezident seçək” – VİDEO
Sentyabr 20
00:53
2016
Xəbər veriyimiz kimi Prezident İlham Əliyev Sabirabadda pambıqçılığın inkişafına dair müşavirə keçirib.
Qlobal.az "Azərbaycan 24”-ə istinadən xəbər verir ki, müşavirədə veteran pambıqçılar Prezidentin övladı Heydər Əliyevi prezident kimi görmək istədiklərinə dair təkliflər səsləndiriblər. Həmin hissəni yazılı və video olaraq təqdim edirik.
Çıxış edən Kamilxan Rüstəmova: "…Mən Sizə minnətdaram. Mən Heydər Əliyev ailəsindən başqa dövlət başçısı görmürəm, görmək istəmirəm. Yaşım 70-ə çatıb, bəlkə əcəl macal vermədi. Arzum budur ki, İlham Əliyev bu ölkəni daha da çiçəkləndirsin, 90 il Prezident olsun, balaca Heydəri Prezident seçək. Diqqətinizə görə minnətdaram. Hamınızı öpürəm”
Fatma Hüseynova:"…O gün olsun, Allah mənə ömür versin ki, balaca Heydəri prezident görüm. Mən onu Heydər Əliyev deyib çağıranda bəlkə də yaşım azalacaq. Vicdan haqqı, ürəkdən deyirəm.”
Qlobal.az