Saakaşvili xəstəxanaya yerləşdirilməyə razıdır
Oktyabr 21
02:28
2021
Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili xəstəxanaya yerləşdirilməyə razıdır.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə onun şəxsi həkimi Nikoloz Kipşidze jurnalistlərə bildirib.
"Mixeil Saakaşvili xəstəxanaya getməyə hazırdır. Bu gün və ya sabah, bəlkə də şənbə və ya bazar günü, ancaq dəqiq bilmirəm. Səhiyyə və ədliyyə nazirlikləri ilə kiçik problemləri həll etməliyik. Sabah bu barədə yeni məlumat verəcəyik", - Kipşidze deyib.
Həbsxanada ölkənin keçmiş liderini ziyarət edən həkim qeyd edib ki, xəstəxanaya yerləşdirmə Saakaşvilinin aclığa son qoyacağı anlamına gəlmir.