SON XƏBƏR

Saakaşvili: "Gürcüstana qayıtmağımı gizli şəkildə Rusiya planlaşdırıb..."

Yanvar 28
13:04 2023
Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili 2021-ci ilin oktyabrında Gürcüstana qayıtmasını Rusiyanın gizli şəkildə təşkil etmiş ola biləcəyini deyib.

Qaynarinfo xəbər verir ki, o bu barədə "Spiegel” nəşrinə müsahibəsində bildirib. Saakaşvili qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin və onun yaxınları onun həbsi və Gürcüstanda mühakimə olunmasına göstəriş veriblər.

O qeyd edib ki, Gürcüstanın hazırkı hakimiyyətinin ona qarşı çıxardığı hökmləri yalnız Rusiya tanıyıb. "Mən güman edirəm ki, 2021-ci ildə Gürcüstana qayıtmağımda əli olan şəxslər Rusiyanın agentləri olub”.

Saakaşvili hesab edir ki, onun başına gətirilənlər həm də Ukrayna prezidenti Vladimir Zelenskiyə mesajdır.

Gələcək planlarına gəlincə, Saakaşvili qeyd edib ki, sağ qala bilsə, gələcəyini ancaq Ukraynada görür.

"Mən artıq bu ölkənin (Ukraynanın - red.) tarixində öz rolumu oynamışam və inanılmaz dərəcədə şanslıyam ki, azad dünyanın lideri kimi gördüyüm Zelenski ilə işləmək imkanım var. Əksinə, bu, Gürcüstanın bu müharibədə Kremlə necə səssiz müttəfiqə çevrildiyini görmək çox üzücüdür”, - o əlavə edib.

Saakaşvili 2021-ci ilin payızında keçiriləcək yerli seçkilər ərəfəsində Gürcüstana qayıtdıqdan sonra həbsdədir.

Bundan əvvəl məlum olub ki, komissiyanın məhkəmə-tibbi ekspertizasının "Empati” qeyri-hökumət mərkəzinin dərc etdiyi nəticəyə əsasən, Saakaşvili səhhətinə görə həbsxanada qalmamalıdır. Qeyd olunub ki, həbs olunana qədər o, demək olar ki, sağlam olub.

Gürcüstanın hakim partiyası bu nəticələrə etibar etməyəcəklərini bildirib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook