SON XƏBƏR

Rusiyanın turizm sektorunda ajiotaj

Yanvar 01
14:37 2016
Bəzi iri turizm şirkətləri sıradan çıxarıldı Rusiya hökuməti dekabrın 30-da verdiyi qərarla 19 turizm operatorunun adını federal reyestrdən çıxarıb.
 
"Vesti.ru” bunu Rusiya Turizm Sənayesi İttifaqının mətbuat katibi İrina Turinaya istinadən bildirir. "Gərək bunu dekabrın 30-da, müştərilərin tətilə hazırlaşdığı və ya yola çıxdığı vaxt etməzdilər. Bizim müştərilərin hüquqları pozulub və lazım gələrsə aidiyyatı qurumlara müraciət edcəyik ” – deyə İ.Turina narazılığını ifadə edib.
 
Bir sıra operatorlar ya Türkiyənin yurisdiskiyası ilə, ya da Türkiyə vətəndaşlarının rəhbərliyi altında fəaliyyət göstərirdlər. Bu ilin noyabrında Türkiyə Rusiyaya məxsus "SU-24” hərbi təyyarəsini vurduqdan sonra iki dövlət arasında münasibətlər pisləşdi, bu səbəbdən Türkiyənin Rusiyada tikinti, turizm və s. sahələrdə fəaliyyətinə qadağalar qoyuldu. O cümlədən turizm şirkətlərinə Türkiyə səfərlər təşkil etmək yasaqlandı.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook