SON XƏBƏR

“Rusiyanın kifayət qədər gücü yoxdur” – NATO Komandanı

May 17
11:10 2024
"Xarkov vilayətində hücumlarını gücləndirən Rusiyanın Ukraynada böyük irəliləyişlər əldə etmək üçün kifayət qədər gücü yoxdur”.

"AzPolitika” xəbər verir ki, bunu NATO-nun Avropadakı Müttəfiq
Qüvvələrinin Ali Baş Komandanı general Xristofer Kavoli mətbuata açıqlamasında bildirib.

Rusiyanın son günlər Xarkov bölgəsinə etdiyi intensiv hücumlara toxunan Kavoli ukraynalı həmkarları ilə sıx əlaqədə olduğunu deyib.
"Rusların strateji bir irəliləyiş etmək üçün lazımi sayda qüvvəsi, eləcə də bacarığı və qabiliyyəti yoxdur”,-deyə general bildirib.

Xatırladaq ki, Rusiya son günlər Xarkov vilayətinə hücumlarını gücləndirərək, buranı instensiv döyüşlərin getdiyi bölgələrdən birinə çevirib. Son məlumata görə, Rusiya Xarkov istiqamətində 15 yaşayış məntəqəsini nəzarətə götürüb.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook