SON XƏBƏR

Rusiyanın artıq 2 prezidenti var: Dövlət içində dövlət

Yanvar 05
11:27 2016
2016-cı ilin başlaması ilə Rusiya 2 prezidentli sistemə qədəm qoyub. Cebhe.info xəbər verir ki, artıq Rusiyanın 2 prezidenti var. Bunlardan biri Vladimir Putin, digəri isə Tatarıstan prezidenti Rüstəm Minnixanovdur. Ölkə qanunvericiliyi regionların rəhbərlərinin prezident adlandırılmasını qadağan etsə də, Tatarıstan başçısı bu qadağa ilə razılaşmır.
 
Yanvarın 1-dən etibarən qanun qüvvəyə minib. Putinin imzaladığı sərəncama əsasən region rəhbərləri "prezident” adlandırılmaqdan imtina etməlidir. Sırf Minnixanova görə yeni qanunun tətbiqi bir il təxirə salınmışdı. Ötən ilin dekabrında Putin keçirdiyi mətbuat konfransında Minnixanovun statusu barədə bunları söyləyib: "Bu, Tatarıstanın işidir. Bilirsiniz ki, Qafqaz xalqları belə məsələlərə necə sərt reaksiya verirlər. Amma hətta Çeçenistan da razılaşır ki, bizim ölkəmizin bir prezidenti var. Biz respublikaların birinci şəxslərinə qarşı baqşa münasibət göstərəcəyik. Bu seçim çeçen xalqının qərarı olub. Biz Tatarıstan xalqının da qərarına hörmətlə yanaşacağıq”.
 
Qeyd edək ki, prezident statusundan ilk dəfə Çeçenistanda Ramzan Kadırov hələ 2010-cu ildə imtina edib. Artıq onu prezident yox, Çeçenistan rəhbəri adlandırırlar. Onun ardınca Qaraçay-Çərkəz, Buryatiya, Dağıstan, Adıgey, Başqırdıstan eyni qərarı verib. Minnixanov isə hələ bu statusdan imtina etmək niyyətində deyil. O, məsələyə belə münasibət bildirib: "Mən prezidentin söylədiklərindən əlavə heç nə deməyəcəyəm.O, necə deyibsə, elə də qəbul edin. O ki qaldı mənə, mən xalq tərəfindən seçilmiş prezidentəm. Federal qanunvericilik bizim respublikaya bu imkanı verib, bu, böyük etimaddır. Sonra necə olacağını prezident deyib. O axı demədi ki, Minnixanov belə qərar verir. O dedi ki, Tatarıstan qərar verir. Mən də sizin bir parçanızam, gəlin bu məsələləri daha artıq qurdalamayaq”.
 
Tatarıstanın siyasi elitası da ad dəyişmənin əleyhinədir. Federal qanunla Tatarıstanın birinci prezidenti, hazırki dövlət müşaviri Mintimer Şaymiyev də narazıdır. Tatarıstanda keçirilən rəy sorğusuna görə, rəyi soruşulanların 70 faizi də buna qarşı çıxıb. Minnixanov son seçilərdə əhalinin 95 fazinin səsini alıb. Mintimer Şaymiyevin sözlərinə görə, əgər xalqın məhz "prezident” sözündən xoşu gəlirsə, bununla razılaşmamaq olmaz: "Biz bununla hesablaşmaya bilmərik. Dövlət Dumasına seçkilərin keçiriləcəyini nəzərə alaraq, bu məsələnin də gündəmə gətiriləcəyini düşünmək olar”.
 
Minnixanovun ötəl il ərzində "prezident” adlandırılmasına imkan verən qanun layihəsini parlamentə təqdim edən şəxs Dumanın Konstitusiya qanunvericiliyi komitəsini rəhbəri Vladimir Pliqin olub. İndi yeni əlavələrə gəlincə, deputat bununla bağlı heç bir dəyişikliyə ehtiyac duymayıb.
 
 
Rusiya liberal-demokratlarının rəhbəri Vladimir Jirinovski isə fərqli fikirdədir. O, ümumiyyətlə Tatarıstan ifadəsini qəbul etmir və bu regionun Tatariya adlandırılmasını istəyir: "Tatarların bu vəzifəni öz dillərində "başqan” adlandırması daha əlverişlidir. Türkiyədəki kimi. Niyə onlar öz dillərini ingiliscə "prezident”ə dəyişirlər? Axı bu, eyni şeydir. Regionun rəhbəri, respublikanın rəhbəri deməkdir. Bütün respublikalar imtina edib, indi onlaırn hamısı rəhbərdir. Tatariyaya yanvarın 1-dək zaman verilmişdi. Amma onlar buna qarşı çıxırlar. Birdəfəlik "xan "adlandırın”.
 
Rusiyada bəzilərinin fikrincə, Tatarıstan dövlət içində dövlət olur. Minnixanovun qərarını isə onun siyasi qələbəsi adlandırırlar. İndi məsələ ancaq ondadır ki, Minnixanov nə qədər qalib kimi qalacaq. Münaqişəni gec-tez həll etmək lazım gələcək. Ya federal qanunda, ya da Tatarıstan qanunverciliyində dəyişiklk etmək lazımdır.Əgər mərkəz qəti mövqe ortaya qoysa, o zaman Tatarıstan Konstitusiya Məhkəməsinə müraciət edə bilər. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook