Rusiyanın 810-cu dəniz piyada briqadasının şəxsi heyətinin 90 faizə yaxını məhv edilib
Sentyabr 12
09:49
2022
"Müdafiə Qüvvələrimizin Xerson istiqamətindəki uğurlu əməliyyatları nəticəsində Rusiya ordusu xeyli itki verib. Mövcud məlumatlara görə, Rusiyanın 810-cu dəniz piyada briqadasının şəxsi heyətinin 90 faizə yaxını məhv edilib”.
"Qarşı tərəfin hərbçilərinin mənəvi-psixoloji durumu son dərəcə aşağıdır. Onlar döyüş bölgəsinə gəlməkdən imtina edirlər. Xarkov və Donetsk vilayətlərində yaşayış məntəqələrinin azad edilməsi prosesi davam edir. Ötən sutka ərzində rus hərbçiləri 20-dən çox yaşayış məntəqindən çıxarılıb. Hazırda həmin ərazilərin tam nəzarətə götürülməsi prosesi davam edir”, - məlumatda bildirilib.