Rusiyada psixonevroloji internatda yanğın - 21 ölü
Dekabr 13
13:38
2015
Rusiyanın Voronej vilayətində baş verən yanğın nəticəsində ölənlərin sayı 21-ə çatıb.
"Report"un "RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, yanğınsöndürənlər 19 nəfərin cəsədini aşkarlayıblar. Daha iki nəfər xəstəxanada ölüb.
Alfyorovka kəndindəki Psixonevroloji İnternatın binası tamamilə yanıb. Xəsarət alan 22 nəfərin xəstəxanalarda olduğu bildirilir.
****
05.03
Rusiyanın Voronej vilayətində psixonevroloji internatda baş vermiş güclü yanğın nəticəsində 7 nəfər ölüb.
APA-nın məlumatına görə, bu barədə "RİA Novosti”yə Rusiya İstintaq Komitəsinin regional idarəsindən bildirilib.
"Ölənlərin sayı yeddi nəfərə çatıb, 22 nəfər xəstəxanaya yerləşdirilib”, deyə qurumdan bildirilib.
Məlumata görə, hazırda 3 nəfər reanimasiyaya yerləşdirilib, 17 nəfər itkin düşmüş hesab edilir. Binadan ümumilikdə 55 nəfər təxliyə olunub.
Yanğın hazırda lokallaşdırılıb.
İnsidentlə əlaqədar Rusiya İstintaq Komitəsi araşdırmalara başlayıb.



