SON XƏBƏR

Rusiyada hökumət kütləvi sayda məzar yeri almağa başlayıb

İyun 06
13:56 2022
Rusiyanın bir çox regionlarında hökumət dəfn xərclərini ailəsi ödəyə bilməyən vətəndaşlar üçün yüzlərlə məzar yerləri alır. Əvvəlki illərdə bu böyüklükdə alış olmayıb.

"Report” xəbər verir ki, bu barədə "Mojem obyasnit” nəşri araşdırma yayıb.

Məlumata görə, may ayında müxtəlif şəhərlərdə dəfnlərin təşkili üçün Dövlət Satınalmaları portalında çoxlu lotlar ortaya çıxıb. Bir qayda olaraq, qəbirlər qohumu olmayan və ya həssas sosial qruplardan (ailələri dəfn mərasimlərini təşkil edə bilməyən) insanlar üçün alınır, məzarların sayı isə anomaldır.

Misal üçün, əhalisi yarım milyon civarında olan Xabarovsk diyarında eyni vaxtda 700 məzarın qazılması əmri verilib. Bənzər bir müqavilə 5 il əvvəl imzalanmışdı, lakin yalnız 120 qəbir üçün və indikidən xeyli baha qiymətə. Başqa sözlə, bu fakt da sübut edir ki, indiki dəfnlər tələsik təşkil olunur.

Krasnoyarskda 100-ə yaxın məzar alınır. Bu ərazi, ümumiyyətlə, əvvəllər mənzil-kommunal xidmətlər sahəsində alış edən sifarişçinin tarixçəsində ilk dəfədir.
Çelyabinsk vilayətinin Kopeyski rayonunda 37 nəfərin bir anda dəfn edilməsi əmri verilib. Kareliyada bu rəqəm 39-dur.

Murmanskda isə yeni dəfnlərin sayı göstərilmir. Sənədlərdə deyilir ki, onlar "sıra ilə” planlaşdırılır.

Xatırladaq ki, daha öncə məlum olub ki, Ukraynada müharibədə ölən Rusiya əsgərlərinin yüzlərlə cəsədi hələ də öz vətənlərinə qaytarılmağı gözləyir və dəmiryol relslərindəki soyuducularda saxlanılır. Belə qatarlar "ölülərin qatarı” adlandırılır. Rusiya ölən döyüşçülərini götürməyə tələsmir və itkilər barədə məlumat verməkdən imtina edir. Kiyevdə onların sayının 30 mini keçdiyini iddia edirlər.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook