Rusiyada azərbaycanlı şirkət rəhbərini qətlə yetirib
Fevral 08
15:54
2016
Rusiyada azərbaycanlı şirkət rəhbərini qətlə yetirib.
Hadisə fevralın 6-da gecə saatlarında Tula vilayətində baş verib.
Elektromontaj işləri ilə məşğul olan "Balqa” MMC-nin direktoru Oleq Buyanov kafe yaxınlığında öldürülüb. Vilayət üzrə İstintaq Komitəsinin yaydığı məlumata görə, firma direktoru ilə milliyyətcə azərbaycanlı olan tanışı arasında münaqişə baş verib. Münaqişəyə səbəb O. Buyanovun azərbaycanlıya borcu olub. Həmyerlimiz O. Buyanova iki zərbə endirib, nəticədə o, hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi açılıb. (APA)



