Rusiya və Türkiyə Suriyaya dair məsləhətləşmələr aparmaq niyyətindədirlər
Oktyabr 16
08:19
2015
Rusiya və Türkiyə tezliklə Suriyadakı vəziyyətə dair məsləhətləşmələr aparmaq niyyətindədirlər.
APA-nın "Reuters”-ə istinadən verdiyi xəbərə görə, bunu Rusiya prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi, Rusiya XİN rəhbərinin müavini Mixail Boqdanov bildirib.
"Rusiya XİN-in türkiyəli tərəfdaşlarımız ilə təmas nöqtələrinin müəyyənləşdirilməsi məqsədi ilə Yaxın Şərq problematikası üzrə bütün məsələlərə dair məsləhətləşmələri davam etdirilməsinə hazır olduğunu təsdiqləyirəm”, deyə o qeyd edib.



