SON XƏBƏR

"Rusiya və Çinin Yaxın Şərqdə güclənməsi risklidir" - Amerikalı general

May 24
10:27 2021
"Vaşinqton ABŞ-ın hərbi mövcudluğunun zəifləməsi səbəbindən rəsmi Moskva və Pekinin Yaxın Şərqdə güclənməsinə imkan verməklə risk edir".

"Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ABŞ Mərkəzi Silahlı Qüvvələri komandanlığının komandanı general Kennet F.Makenzi bildirib.

Məlumata görə, ameriaklı general Birləşmiş Ştatların aparıcı güclərlə rəqabətə cəhdinə diqqət yetirib: "Yaxın Şərq bütövlükdə böyük güclərin qarşıdurmasının gərgin olduğu yerdir. Fikrimcə, biz regionda mövqelərimizi korrektə etməliyik. Rusiya və Çin yaranmış boşluğu doldurmağa çalışaçaq”.
General Rusya və Çinin körfəzə təsir imkanlarını genişləndirəcəklərini vurğulayıb:

"Rusiya və Çin ABŞ-ın Yaxın Şərqdə mövqeyini dəyişdiyini nəzərər alaraq dünyanın başqa bir hissəsindən ora yeni baxış edir. Onlar bu imkanlar daxilində özlərini də görə bilərlər”.

Makenzi ehtimal edib ki, Rusiya və Çİn regionda silah satışı ilə də məşğul ola bilərlər.

Qeyd edək ki, NATO, o cümlədən ABŞ mayın 1-dən qoşunlarını Əfqanıstandan çıxarır. ABŞ bildirib ki, bu proses 2021-ci il sentyabrın 11-də başa çatacaq. ABŞ-ın həmin qoşunu körfəzdə yerləşdirəcəyi ehtimal edilir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook