"Rusiya Ukrayna rəhbərliyi üçün Sibirdə əmək düşərgələri hazırlayıb" - Zaxarova
Sentyabr 13
13:01
2023
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Krım körpüsünə mümkün hücumlara görə sərt cavab veriləcəyini bildirib.
Qaynarinfo TASS-a istinadla xəbər verir ki, bununla da Zaxarova Ukrayna Silahlı Qüvvələrinin "Cənub” əməliyyat komandanlığının spikeri Natalya Qumenyukun təhdidlərinə cavab verib – o, Krım körpüsünün mövcudluğuna "çox az vaxt qaldığını” deyib.
Bundan əvvəl Dövlət Dumasının Krımdan olan deputatı Mixail Şeremet Ukrayna Silahlı Qüvvələrinin nümayəndəsinin Krım körpüsünün tezliklə mövcud olmayacağı barədə bəyanatını ziyanlı adlandırıb.
Şeremet onu da əlavə edib ki, Ukrayna hakimiyyətinin nümayəndələri üçün artıq Sibirdə əmək düşərgələri hazırdır, bu düşərgələrdə tez bir zamanda onların "ağılları başlarına gələcək” və "nasizm, irqçilik və rusofobiyadan” sağalacaqlar.
Qaynarinfo TASS-a istinadla xəbər verir ki, bununla da Zaxarova Ukrayna Silahlı Qüvvələrinin "Cənub” əməliyyat komandanlığının spikeri Natalya Qumenyukun təhdidlərinə cavab verib – o, Krım körpüsünün mövcudluğuna "çox az vaxt qaldığını” deyib.
"Bu baş verərsə, dediklərinin hamısına cavab sərt olacaq. Ölkəmizə qarşı bu cür planlar quranlar harada olmalarından asılı olmayaraq, qisasdan qaça bilməyəcəklər”, - Zaxarova Şərq İqtisadi Forumu çərçivəsində keçirilən brifinqdə bildirib.