Rusiya Türkiyədən təzminat istədi
Dekabr 16
16:37
2015
Rusiya Xarici işlər nazirinin köməkçisi Aleksey Meşkov Türkiyənin bir daha rus təyyarəsini vurmayacağına təminat verməsini və təzminat ödəməsini istəyib.
Qlobalinfo.az "Qafqazinfo” istinadən xəbər verir ki, Meşkov Türkiyənin rus təyyarəsini vurmasını hücum olaraq dəyərləndirib və bunun əvvəldən icazəsi verilmiş Rusiya əleyhinə bir hərəkət olduğunu bildirib.
Rusiyanın təminat və təzminat istəyinə Türkiyə tərəfi də dərhal reaksiya verib. Bu ölkənin Xarici işlər nazirinin sözçüsü Tanju Bilgiç bildirib ki, əgər sərhədin pozulması kimi bir hadisə yaşanmazsa analoji insident də təkrarlanmayacaq. Eyni zamanda, Türkiyənin təzminat ödəməsinin mümkünsüz olduğunu vurğulayıb.



