SON XƏBƏR

Rusiya separatçı DXR-in ölmüş hərbçilərinin arvadlarına xəz palto bağışladı (VİDEO)

Fevral 08
17:57 2023
Ölmüş qondarma "DXR"dən hərbçilərin arvadlarına 21 ədəd xəz palto verilib, onlar da rusiyalılara "ürəkdən" təşəkkür ediblər.

Qaynarinfo xəbər verir ki, müvafiq video "Meduza” nəşri tərəfindən yerləşdirilib.

Videoda öldürülənlərin dul arvadları "köməyə” görə təşəkkür etmək üçün bir sıraya düzülüblər. "Bu gün gözlənilmədən belə bir yardım aldıq. Biz sizə çox minnətdarıq. Həlak olan hərbçilərin ailələri bura toplaşıblar. Həqiqətən, sizə ürəkdən təşəkkür edirik!" - qadınlardan biri deyir.

Kadr arxasında olan kişi səsi xəz paltoların "Rusiya aktivindən” gəldiyini iddia edir. "Belə anlarda hiss edirsən ki, biz bir ailəyik", - kadr arxasında olan kişi deyir.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook