Rusiya səfiri Polşada hücuma məruz qalıb
May 10
05:32
2022
Diplomata qırmızı boya atıblar
Rusiyanın Polşadakı səfiri Sergey Andreyev mayın 9-da hücuma məruz qalıb.
Hadisə səfir Andreyevin Varşavanın Zvirki və Viqura küçələrində sovet əsgərlərinin hərbi xatirə qəbiristanlığına gül qoymağa gedərkən baş verib.
Rusiya mediasının məlumatına görə, səfir, həyat yoldaşı və onu müşayiət edən bir qrup diplomat qırmızı boya ilə boyanıb: "Onlara memoriala getməyə icazə verilməyib. Bir neçə dəqiqədən sonra hadisə yerinə gələn polis diplomatları mühasirəyə alaraq maşına mindirməyə kömək edib”.
Moskva Rusiyanın Polşadakı səfiri Sergey Andreyevə hücum və əklil qoyma mərasiminin pozulması ilə bağlı Varşavaya kəskin etirazını bildirib.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) yaydığı açıqlamada qeyd olunub.
"Mayın 9-da polisin tam hərəkətsizliyi ilə ekstremistlər Varşavada sovet əsgərlərinin qəbiristanlığına əklil qoyma mərasimini pozaraq, səfirə qarşı zorakılıq tətbiq ediblər”, – deyə XİN vurğulayıb.
XİN Polşa tərəfindən səfirin hər cür təxribatdan tam təhlükəsizliyini təmin edərək, dərhal əklil qoyma mərasimi təşkil etməyi tələb edib: "Biz Polşa tərəfdən bu gün müvafiq tədbirlərin görülməsini istəyirik”.