Rusiya İŞİD-in "paytaxtı"na raket zərbələri endirib
Dekabr 09
12:39
2015
Rusiya Aralıq dənizindəki "Rostov-Don” sualtı qayığından İŞİD-in paytaxt elan etdiyi Suriyanın Rakka şəhərindəki mövqelərinə "Kalibr” raketləri ilə zərbələr endirib.
APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu prezident Vladimir Putinə bildirib.
"Aralıq dənizi akvatoriyasında olan "Rostov-Don” sualtı qayığından ilk dəfə olaraq "Kalibr” raketlərinin buraxılışını həyata keçirdik”, deyə Şoyqu bildirib.
Onun sözlərinə görə, sualtı qayıqdan endirilən zərbələr nəticəsində İŞİD-in Rakkadakı iki iri məntəqəsi məhv edilib.



