SON XƏBƏR

"Rusiya bölgəyə zərər verir"

Dekabr 09
14:39 2015
Məsud Bərzani Rusiyanın Suriyada təşkil etdiyi hava hücumlarından danışıb.
 
 
Musavat.com xəbər verir ki, bu barədə məlumat BBC-də yer alıb. Məlumata görə, "Kürdüstan Regional Hökuməti"nin rəhbəri Məsud Bərzani Rusiyanın hava əməliyyatları barədə bunları söyləyib: "Rusiyanın İŞİD-ə qarşı mübarizə aparmasından məmnunuq, lakin Rusiyanın təşkil etdiyi hava əməliyyatlarına görə, "Kürdüstan Regional Bölgəsi"nin hava ərazisində uçuşlar təxirə salınıb. Bu bizim üçün problemdir. Bu vəziyyət bizə böyük zərbədir. Moskva və Bağdad rəsmilərinin bu problemi həll etmələri vacibdir”.
 
M.Bərzani Rusiyanın Peşmərgə güclərinə təlim keçməsindən məmnun olacaqlarını bildirib: ”Lakin bu günə kimi sadəcə çox az sayda silah və partlayıcı maddə göndərdilər”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook