Rus kanalında ermənilər ifşa edildi - Video
Aprel 12
21:44
2016
Rusiyanın "TVC" telekanalında yayımlanan "Pravo qolosa" siyasi tok-şousunda ermənipərəst rusiyalı politoloqlara və erməni ekspertlərə Azərbaycanı təmsil edən ekspertlər tərəfindən layiqli cavab verilib.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, aprelin 11-də Bakıda doğulan milliyətcə erməni Roman Babayanın müəllifi olduğu verilişdə azərbaycanlı ekspertlərin iştirakı əvvəldən planlaşdırılmayıb. Yenə də həmişə olduğu kimi Azərbaycanı Dağlıq Qarabağ münaqişəsinin eskalasiyasında günahkar kimi Türkiyə ilə birlikdə göstərmək üçün əslən azərbaycanlı, lakin Türkiyə informasiya agentliyini təmsil edən jurnalist Fuad Abbasov verilişə ekspert qismində dəvət olunub. Ümumrusiya Azərbaycan Konqresinin icraçı direktorunun birinci müavini, hüquqşünas Samir Məmmədovun həmin verilişə qatılması mümkün olub. Samir Məmmədovdan başqa Azərbaycanı tok-şouda jurnalist və politoloq Aydın Mehdiyev də təmsil edib.
Verilişin ilk dəqiqələrindən etibarən erməni aparıcı Roman Babayan Azərbaycan-Türkiyə ittifaqının Rusiya-Ermənistan ittifaqına qarşı olduğunu göstərmək cəhdləri azərbaycanlı ekspertlər tərəfindən etirazla qarşılanıb. Diaspor nümayəndəmiz Samir Məmmədov türkiyəli ekspertin mövqeyinin Azərbaycanın mövqeyi olmadığını söyləyib: "Türkiyəli ekspertin mövqeyi Azərbaycan mövqeyi deyil, səhv etməyin... Azərbaycanın mövqeyinin Azərbaycan tərəfi səsləndirəcək. Türk mediasını təmsil edən jurnalistin şəxsi mövqeyini Azərbaycanın mövqeyi kimi təqdim etməyə cəhd etməkdən əl çəkin".
Roman Babayan bu etirazdan sonra kinayəli olaraq Türkiyə ilə Azərbaycanın ayrı-ayrı maraqlarının olduğunu iddia edib.
Verilişdə çıxış edən politoloq Aydın Mehdiyev bildirib ki, Dağlıq Qarabağda son döyüşlərin nəticəsi və bu proseslərdə Rusiyanın bitərəfliyi Ermənistanı çox məyus edib: "Azərbaycan tərəfi əkshücum etdiyini gizlətmir. Rəsmi Bakı hərbi gücünü nümayiş etdirdi. Azərbaycan tərəfi geri qaytardığı torpaqları ermənilərə geriyə qaytarmaq təklifinə də qəti olaraq yox cavabı verdi. Prezident İlham Əliyev istəsəydi ordunu Xankəndinə qədər aparardı. Bakı atəşkəs elan etməklə dünyanın sülh çağırışına hörmət etdiyini göstərdi. Bununla yanaşı Ermənistanın tələblərinə Rusiya da fikir vermədi. Rəsmi Moskva Azərbaycana silah satmaqdan imtina etməyəcəyini açıqladı".
Erməni aparıcı Roman Babayanın diaspor nümayəndəmiz Samir Məmmədova "Siz Qarabağ uğrunda savaşmaq istəyirsiniz? Bəs kompromisə getmək istəməzdiniz?" suallarını ünvanlayıb. Samir Məmmədov isə cavabında azərbaycanlılar, bütün xalqlar kimi öz ərazi bütövlüyünü qorumağa və bərpa etməyə haqqlıdırlar. Bizim artıq sülh təklifimizdə kompromis var. Siz onu niyə görmürsünüz? Beynəlxalq hüquq normaları Azərbaycana haqq verir ki, ərazi bütövlüyünü bərpa etsin. Sizdən, hər birinizdən xahiş edirəm ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi ilə tanış olsun! O qətnamələrin hər biri erməni silahlı qüvvələrindən Qarabağı tərk etməyi tələb edir. Bütün dünya erməni ordusunu təcavüzkar kimi tanıyır. Xahiş edirəm Rusiyanı Azərbaycan əleyhinə olan dövlət kimi təqdimetmə təxribatından əl çəkin. Rusiya efirində hazırda bu kimi təxribatlar müşahidə olunur. Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bu, bir nömrəli tezisdir. Həmin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə Rusiya da imza atıb. Həmin qətnamələrdə ermənilərin Qarabağda etnik təmizləmələr aparması qeyd olunub".
Qeyd edək ki, "Pravo qolosa" verişinin 11 aprel buraxılışında çıxış edən Azərbaycanı təmsil edən ekspertlərin çıxışları montaj olunub, ermənilər və Dağlıq Qarabağ münaqişəsi barədə səsləndirdikləri tarixi faktlar kəsilərək efirə buraxılmayıb. Məsələn, Aydın Mehdiyevin "ermənilər işğala görə Azərbaycana təzminat ödəməlidir” kimi ifadəsini, Türkiyəni təmsil edən jurnalist Fuad Abbasovun Qarabağın Azərbaycana mənsubluğunu sübut edən arqumentlərini, ermənilərin Türkiyəyə, Gürcüstana, hətta İrana olan ərazi iddialarını barədə çıxışı kəsilib.
Samir Məmmədov verilişdə ekspert qismində qondarma "DQR"-in nümayəndəsinin dəvət olunmasına da etirazını bildirib: "Siz bununla Rusiya qanunlarını pozursunuz. Rusiya belə bir adda dövləti tanımır. Siz öyrənin görün "DQR" təmsil edən şəxs cibində hansı ölkənin pasportunu daşıyır". Verilişin bu hissəsi də efirə getməyənlər arasındadır.
Bundan başqa diaspor nümayəndəmiz Samir Məmmədovla erməni aparıcı Roman Babayan arasındakı dialoq da efirə buraxılmayıb: "Roman, sən niyə demirsən ki, müharibəni birinci ermənilər Ermənistanda başlayıb. Niyə demirsən ki, Ermənistandan 360 min azərbaycanlını ermənilər qovublar. Niyə azərbaycanlıların Ermənistanda üzləşdiyi problemləri demirsən? Niyə birtərəfli mövqedən çıxış edirsən? Bütün efir boyu sən yalan danışırsan. İkiüzlüsən, yalan satırsan Rusiya ictimaiyyətinə. Şəxsən mən Ermənistandan 5 yaşında qovulmuşam. Masis rayonunun Zəngilər kəndindənəm. 5 yaşım var idi, erməni quldurları və silahlıları bizim evimizi dağıtmağa gələn zaman. Niyə bu barədə danışmırsız? Cavab verin!"

Roman Babayan isə hazırkı verilişdə söhbətin o zamankı hadisələrdən deyil, aprelin əvvəlində cəbhə bölgəsində baş verən hadisələrdən getdiyini söyləyərək Samir Məmmədovun ittihamlarına cavab verməyə faktı olmadığını etiraf etmiş olub.
Qlobal.az