SON XƏBƏR

Rəsul Quliyev sarsaqladı - VİDEO

Oktyabr 07
15:16 2021
Bir müddət öncə internet resurslarında qalmaqallı müsahibəsi yayılan Rəsul Quliyev - Milli Məclisin sabiq sədri eyni fikirləri LAF TV-nin efirində yenidən təkrarlayıb.

Qeyd edək ki, əvvəlki müsahibə fars dilində alt yazıları ilə müşayiət olunurdu və Quliyev İran-Azərbaycan mövzusunda danışaraq deyirdi ki, vətənimiz İrandır, 1812-ci ildə Rusiya Azərbaycanın yarısını İrandan qoparıb, ruslar belə etməsəydi, biz İran vətəndaşı olacaqdıq.

Həmin fikirləri inkişaf etdirən eks-spiker İranda baş verən inqilabların heç də milli-azadlıq mübarizəsi xarakteri daşımadığını vurğulayıb. O, İranın güclü orduya malik dövlət olduğunu, ona müqavimət göstərməyin faydasızlığını, ABŞ və İraq kimi dövlətlərin İrana bata bilmədiyini qeyd edib. 

Bu videomüsahibə artıq R.Quliyevin öz köhnə düşüncələrində qaldığını bir daha təsdiq edir.

Onu da qeyd edək ki, İran və  erməni mənbələri bu müsahibəni öz dillərinə çevirərək media qurumlarında intensiv və həvəsli bir şəkildə yayırlar. Onlar üçün bir Azərbaycan siyasətçisinin dilindən səslənən bu cür fikirlər göydəndüşmə təbliğat arqumentləridir. (musavat.com)
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook