“Relax” istirahət mərkəzi deputat İqbal Məmmədovdan alındı – VDİEO
Noyabr 16
14:24
2019
İstirahət mərkəzinin işlədilməsi SOCAR rəhbərliyində vəzifə tutan məmurlardan birinin qohumuna tapşırılıb
Qeyd edək ki, ""Relax" İstirahət və Turizm Mərkəzi ilə bağlı bu ilin avqust ayında ciddi qalmaqal yaranıb. Belə ki, "Relax” istirahət mərkəzini idarə edən deputat İqbal Məmmədovun oğlu və yaxın qohumları mərkəzi yoxlamağa gələn vergi işçilərini təhqir edərək döyüblər.
Vergilər Nazirliyinin "Relax" İstirahət və Turizm Mərkəzində apardığı yoxlama nəticəsində məlum olmuşdu ki, faktiki sahəsi 14 hektardan çox olan və qonaqların qalması üçün 142 nömrədən ibarət istirahət mərkəzində müxtəlif təyinatlı 20 obyektin fəaliyyət göstərməsinə baxmayaraq, 2018-ci ildə cəmi 10 min 726 manat, 2019-cu ilin ötən dövrü ərzində isə 972 manat məbləğində vergi ödənilmişdir.
Qlobal.az